Qarabağ Azərbaycandır!

Bitcoin 200 dollar bahalaşdı

28.09.2018 Birja
Dünya kriptovalyuta bazarında bu saatlara olan qiymətlər açıqlanıb.

“Kommersant.az” xəbər verir ki, 28 sentyabra olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 93-ü kəskin bahalaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 205 dollar və ya 3,15% bahalaşaraq 6709 dollar olub.

Son bir həftə ərzində isə Bitcoin 159 dollar və ya 2,42% bahalaşıb.