"Azərbaycan Kredit Bürosu"na sorğular 40% artıb

24.04.2019 Maliyyə
Bu ilin I rübündə “Azərbaycan Kredit Bürosu” MMC-yə (AKB) kredit təşkilatlarından 567 525 sorğu daxil olub.

"Kommersant.az" Reporta istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 161 981 ədəd və yaxud 39,9% çoxdur.

Sorğuların 505 027-si və yaxud 89%-i banklara, 62 498-i və yaxud 11%-i isə bank olmayan kredit təşkilatlarına (BOKT) məxsus olub.

Bununla yanaşı, hesabat dövründə 5 511 nəfər kredit hesabatlarını əldə etmək məqsədi ilə Büroya müraciət edib Müraciət etmiş şəxslərin 5 466-sı və yaxud 99,2%-i fiziki, 45-i və yaxud 0,8%-i isə hüquqi şəxslər olub.

Yanvar-mart aylarında AKB ilə əməkdaşlıq edən təşkilatların say 3 vahid artaraq 123-ə çatıb. Bunlar 1 BOKT, 1 kredit ittifaqı və 1 lizinq şirkəti olub. Rüb ərzində Büronun sistemindən 30 bank və 39 BOKT istifadə edib.

Xatırladaq ki, AKB ötən il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 mln. manatdır. Büronun səhmdarları hər biri 12,5% payla 8 bank - “Azərbaycan Beynəlxalq Bankı, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “Paşa Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank (Azerbaijan)” ASC-lərdir.

  • Əvvəlki

    Kapital Bank Cocuq Mərcanlıda keçirilən yarışmaya dəstək göstərib - FOTO

Digər xəbərlər