USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident bu nazirliyin səlahiyyətlərini aldı

15.05.2019 Bank
0 0
Azərbaycan Prezidenti bu gün imzaladğı fərmanla bir Maliyyə Nazirliyinin səlahiyyətini Vergilər Nazirliyinə ötürülür.

"Kommersant.az" xəbər verir ki, həmin fərmanda deyilir,

1. "Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 20 dekabr tarixli 527 nömrəli Fərmanının 2-ci hissəsinin ikinci abzasında "Maliyyə Nazirliyinə" sözləri "Vergilər Nazirliyinə" sözləri ilə əvəz edilsin.

(Bundan öncə – 2. Azərbaycan Respublikasında aşağı keyfiyyətli alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatının istehsalının və onların ölkəyə idxalının qarşısını almaq məqsədi ilə belə məhsulların istehsalı və idxalı yalnız aksiz markalarının tətbiqi əsasında həyata keçirilsin.

Aksiz markalarının sifarişi, onların satışı və uçotunun aparılması Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilsin.)

2. "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanının 2.5-ci bəndində "Maliyyə Nazirliyi" sözləri "Vergilər Nazirliyi" sözləri ilə əvəz edilsin.

(Əvvəl – 2.5. həmin Qanunun 8.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.)

3. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 29 may tarixli 97 nömrəli Fərmanının 2.8-ci bəndində "Maliyyə Nazirliyi" sözləri "Vergilər Nazirliyi" sözləri ilə əvəz edilsin.

4. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1227-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 aprel tarixli 496 nömrəli Fərmanının 3-cü hissəsi ləğv edilsin.

(Əvvəl – 3. Müəyyən edilsin ki:

3.1. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin dördüncü hissəsində və beşinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

3.2. həmin Qanunun 22-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.)

5. "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1228-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 aprel tarixli 497 nömrəli Fərmanının 3-cü hissəsi ləğv edilsin.

(Əvvəl – 3. Müəyyən edilsin ki:

3.1. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin dördüncü hissəsində və beşinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

3.2. həmin Qanunun 22-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.)