Mərkəzi Bank ilk dəfə 84 və 168 günlük notlar yerləşdirib

09.10.2019 Maliyyə
Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti not hərracını keçirib.

"Kommersant.az" banka istinadən xəbər verir ki, hərracda ilk dəfə 84 və 168 günlük notlar yerləşdirilib.

Onların illik gəlirliliyi müvafiq olaraq 6,03% və 6,06% təşkil edib.

Bununla belə, qurum bu gün 28 günlük notların yerləşdirilməsini də davam etdirib. Onların illik gəlirliliyi isə əvvəlki hərracda olduğu kimi 6,26% olub.

Hazırda AMB-nin dövriyyədə 670 milyon manatlıq notu var. Bu, 2 gün əvvəllə müqayisədə 30 milyon manat azdır.