USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

IMF Azərbaycanda 2019-2020-ci illər üzrə inflyasiyaya dair proqnozlarını açıqlayıb

16.10.2019 Bank
0 0
Azərbaycanda 2020-ci ildə inflyasiyanın səviyyəsi 3% təşkil edəcəyi proqnozlaşdırılır.

"Kommersant.az" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund – IMF) dərc etdiyi yeni hesabatda deyilir.

Hesabata əsasən, 2019-cu ildə ölkədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,8%, 2020-ci ildə isə 3% artacaq. Halbuki bundan öncə Fond bu göstəricilərin müvafiq olaraq 3,2% və 3,3% olacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, Azərbaycan hökumətinin ortamüddətli proqnozlarına əsasən, ölkədə inflyasiyanın səviyyəsi 2019-cu ildə 3,7%-ə, 2020-ci ildə 4,6%-ə bərabər olacaq.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 1,4% təşkil edib. (APA)