USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

2019-da Azərbaycanda ən böyük - DÖVLƏT TENDERLƏRİNİ KİM QAZANIB - SİYAHI

16.12.2019 Bank
0 0
Azərbaycanın dövlət qurumları tərəfindən 2019-cu ildə keçirilən ən böyük məbləğli tenderlər məlum olub.

"Kommersant.az" fed.az-a istinadən xəbər verir ki, bu il ən böyük tenderi "Bakı Metropoliteni" QSC keçirib. Metropolitenin istismarda olan vaqonların təmiri üçün keçirdiyi tenderin məbləği 208 milyon 784 min 374 manatdır. Tenderin qalibi "Nəqliyyat Təmir-təhcizat" MMC olub.

Bundan başqa Səhiyyə Nazirliyinin 3, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 tenderi ən böyük məbləğli tenderlərin siyahısındadır.

2019-cu ildə Azərbaycanda dövlət qurumları tərəfindən keçirilən ən böyük məbləğli tenderlərin siyahısını təqdim edir.