USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vergi Məcəlləsinə edilən dəyişikliklər nədən ibarətdir - EKSPERTDƏN AÇIQLAMA

25.12.2019 Bank
0 0
Azərbaycanda vergi məcəlləsinə dəyişikliklər edilib.

Vergi Məcəlləsində edilən dəyişikliklər

V hissə

Əvvəl

Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar

13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura #və #ya #elektron #vergi #hesab#fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti;

13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron- qaimə faktura #və #ya #elektron #vergi #hesab-#faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti;

Maddə 16. Vergi ödəyicisinin vəzifələri

16.1.11-7. pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron qaimə-faktura #və #ya #elektron #vergi #hesab-#faktura təqdim etmək;

Təklif edilən dəyişiklik

13.2.62-ci maddədən "və ya elektron vergi hesab-fakturası" sözləri çıxarılsın;

13.2.63-cü maddədən "və ya elektron vergi hesab-faktura" sözləri çıxarılsın;

16.1.11-7-ci maddədən "və ya elektron vergi hesab-faktura" sözləri çıxarılsın;

Məqsəd

Tərtib baxımdan eynilik təşkil etdiyinə görə və vergi ödəyicinin işini daha da rahatlaşdırılıması üçün atılan addımdır. Bundan sonra ƏDV və qaimə faktura vahid bir sənəd üzərində olacaq. Vergi ödəyiciləri bu sənəd yəni qaimə faktura üzərindən vahid formada öz işlərini həyata keçirəcəklər.

İqtisadçı-ekspert Rauf Qarayev.