USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"S&P" manatın məzənnəsi ilə bağlı proqnozunu açıqladı

27.03.2020 Bank
0 0
"SP Global Ratings" beynəlxalq reytinq agentliyi dəyişkən neft qiymətləri mühitinə baxmayaraq, Azərbaycan manatının məzənnəsinin ABŞ dollarına nisbətdə stabil qalaraq 1,7 səviyyəsində olacağını gözləyir.

"Kommersant.az"-ın APA-ya istinadən verdiyi məlumata görə, bu stabillik, Azərbaycanda valyuta bazarına müntəzəm olaraq dövlət müdaxilələrinin dəstəyi ilə təmin ediləcək.

Agentliyin gözləntilərinə əsasən, neftin qiymətiuzun müddət aşağı olarsa, ölkə valyuta ehtiyatlarının 2015-ci ildəki kimi bənzər bir itkisinin qarşısını almaq üçün məzənnəni tənzimlənməyə bilər.

Qeyd edək ki, "SP" bundan əvvəlki qiymətləndirilməsində manatın məzənnəsini dövri fiksasiya ilə çevik məzənnə rejimi kim təsvir etmişdi.