İlqar Məmmədov: “Mərkəzi Bankı elə də qınamaq olmur”

03.05.2020 Maliyyə
“Məzənnə siyasətinə gəldikdə, Mərkəzi Bankı elə də qınamaq olmur. Ondan çox az dərəcədə asılı olan bərbad iqtisadi struktura və yanlış siyasətə tabe olaraq onlara cavab verən məzənnə siyasəti yeridir”.

"Kommersant.az"-ın xəbərinə görə, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.

“Amma 4 bankın çökməsi göstərdi ki, Mərkəzi Bank tənzimləyici rolunu yerinə yetirmək qabiliyyətində deyil. Onun birbaşa vəzifəsi elə normativlər qoymaq və elə tənzimləyici addımlar atmaqdır ki, bank sisteminin sabitliyi təmin olunsun. Mərkəzi Bank bunu birmənalı olaraq bacarmır, səbəbi isə təkcə professional bacarıq məsələsi deyil, siyasət qarşsında acizliyidir” – İ.Məmmədov bildirib.

VTB