USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Büdcədə 500 milyon manatlıq profisit yaranıb"

02.06.2020 Bank
0 0
“Azərbaycanın xarici valyuta mövqeyi 2019-cu ildə xeyli möhkəmlənib”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, valyuta ehtiyatları dövlət borcunu təxminən 5 dəfə üstələyib: "Biz tələsmirik. Daha çox gözləmə mövqeyi nümayiş etdiririk. Karantinin müəyyən mənfi iqtisadi təsirləri qaçılmaz idi. Qeyd etmək istərdim ki, operativ məlumatlarımız göstərir ki, büdcənin icrası ilə bağlı hansısa problemlər yoxdur. Büdcədə beş ayın nəticəsi olaraq, kifayət qədər profisit var. Operativ məlumatlara əsasən, bizdə 500 mln. manat profisit yarandığını göstərir".

Nazir onu da bildirib ki, dövlət büdcəsinə yenidən baxılmasına Maliyyə Nazirliyi tərəfdən müraciət edilməyib.

Apa