USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Yardımların davam etdirilməsi nəzərdə tutulur” - Nazirdən ŞAD XƏBƏR

04.08.2020 Bank
0 0
“Yeni iqtisadi paketlə bağlı işlər gedir. Əvvəlki iqtisadi paketlərin, yardımların davam etdirilməsi nəzərdə tutulur”.

"Kommersant.az" xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov deyib.

Nazir təfərrüatlarla bağlı əlavə açıqlamalar veriləcəyini qeyd edib: "Ola bilsin ki, pandemiya ilə bağlı əvvəlki iqtisadi paketdə nəzərdə tutulan dəstəyə müəyyən dəyişikliklər edilsin. Dəstəkdən istifadə ilə bağlı mütəmadi açıqlamalar verilib. Bunlar nəzərə alınaraq, işlər bu tərzdə davam etdiriləcək. Ola bilsin ki, bilavasitə zərərçəkmiş sahələrə yenidən baxılacaq. Bəlkə bu sahələr daha da genişləndirildi. Bunun üzərində aktiv iş gedir".APA