USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hərbi qulluqçuların pensiyası artırılacaq

06.08.2020 Bank
0 0
Azərbaycanda hərbi qulluqçularln pensiya təminatı ilə bağlı yeni qanun layihəsi hazırlanır.

"Kommersant.az" xəbər verir ki, bu barədə Milli Məclisin iclasında deputat Vahid Əhmədov deyib.

O bildirib ki, ötən gün dünən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə danışıb:

"Nazir mənə dedi ki, qanun layihəsi hazırlanır. Əsas məqsəd indeksasiya tətbiq etməkdir".

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev layihə barədə məlumat verib.

O deyib ki, təklifə əsasən, əmək haqlarında artım olan hərbçilərin pensiyası artırılacaq.

"Digər tərəfdən isə, ümumi əsaslarla da pensiya təminatı onsuz hər il gücləndirilir", - deyə, A.Əliyev əlavə edib.