Bu il Azərbaycandan Gürcüstana 7 mln. dollardan çox pul köçürülüb

18.06.2018 Maliyyə
Bu ilin ilk beş ayı ərzində Azərbaycandan Gürcüstana 7 mln. 520,8 mln. dollar miqdarında pul köçürülüb.

APA-nın yerli bürosunun Gürcüstanın Milli Bankına istinadla verdiyi məlumata görə, may ayında Azərbaycandan Gürcüstana daxil olmuş pul köçürmələrinin həcmi 1 mln. 686,5 min dollar olub ki, bu da aprel ayı ilə müqayisədə 12,7% çoxdur.

May ayında Gürcüstandan Azərbaycana 1, 226,8 min dollar, yanvar-may aylarında isə 4 mln. 734,3 min dollar daxil olub.

Ötən ay Gürcüstana ümumilikdə 130,4 mln. dollar pul köçürülüb. Ötən ilin may ayı ilə müqayisədə pul köçürmələrində 13% artım qeydə alınıb.

May ayında qonşu ölkəyə ən çox pul köçürmələrinin daxil olduğu ölkələrin ilk üçlüyünə Rusiya (37,2 mln. dollar), İtaliya (15,6 mln. dollar) və ABŞ (14 mln. dollar) daxildir.