Nazirlik 2,5 mln manat subsidiya ödəyəcək - AÇIQLAMA

13.08.2018 Maliyyə
Bu il Azərbaycanda 514 tona yaxın yaş barama istehsal edilib.

"Kommersant.az" xəbər verir ki, yerli kənd təsərrüfatı idarələrindən daxil olan sənədlər əsasında Respublika Komissiyası barama istehsalçılarına 2 490 502,35 manat subsidiya ödənilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, emal müəssisələri istehsalçıdan yaş baramanın bir kiloqramını 4 manata alır, dövlət isə təhvil alınan baramanın hər kiloqramına görə istehsalçıya əlavə 5 manat subsidiya ödəyir.

Qeyd edək ki, dövlət tərəfindən veriləcək subsidiyaların məbləğinə dair məlumat Kənd Təsərrüfatı Nazirliyinin internet səhifəsində (http://www.agro.gov.az/2018-ci-il-zrr) yerləşdirilib.


(c) Report