Qarabağ Azərbaycandır!

Mərkəzi Bankının notlarının gəlirliliyi yenidən artmağa başlayıb

16.08.2018 Maliyyə
Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə dövriyyədə olan notlarının məbləğini açıqlayıb.

"Kommersant.az" xəbər verir ki, sözügedən göstərici avqustun 15-nə 1,05 mlrd. manat təşkil edib.

Bu, ayın əvvəli ilə müqayisədə 50 mln. manat çoxdur. Xatırladaq ki, AMB-nin dövriyyədə olan notlarının məbləği bu il mayın 4-də 1 mlrd. manata çatıb və təxminən 3 ay ərzində bu rəqəm dəyişməyib.

Qurum notlarının gəlirliliyini də açıqlayıb. Məlum olub ki, avqustun 8-dən 15-nə qədərki 1 həftə ərzində qiymətli kağızların illik faiz dərəcəsi 0,47 faiz bəndi artaraq 8,48%-ə yüksəlib. Xatırladaq ki, notların gəlirliliyi bu il fevralın 20-dən bəri 8,01% idi.


(c) Report