Qarabağ Azərbaycandır!

Şəhərin Maliyyə İdarəsinə yeni rəis - TƏYİNAT

14.09.2018 Maliyyə
Maliyyə Nazirliyinin Gəncə Şəhəri üzrə Maliyyə İdarəsinə yeni rəis təyin olunub.

"Kommersant.az" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, maliyyə naziri Samir Şərifovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təqdimatına əsasən imzaladığı müvafiq əmrlə bu vəzifəyə Rəşid İsmayıl oğlu Yusifov təyin olunub və o, bu gündən vəzifəsinin icrasına başlayıb.

Bu təyinata qədər R.Yusifov Maliyyə Nazirliyinin Şəmkir Rayonu üzrə Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Gəncə Şəhəri üzrə Maliyyə İdarəsinə keçmiş rəisi Natiq Cabbarov bu günlərdə öz ərizəsi ilə vəzifəsindən azad olunub.