Forbes Reytinqi: Apple dünyanın ən bahalı brendi seçildi

24.05.2018 İKT
ABŞ-ın məşhur Forbes jurnalı dünyanın ən bahalı 100 brendinin reytinqini tərtib edib. Həmin reytinqə Google,Microsoft, Facebook və Amazon şirkətləri də daxil olublar. Lakin artıq 8-ci ildir ki, sözügedən reytinqin birinci yerində məhz Apple şirkəti qərarlaşır. Beləliklə Forbes jurnalı Apple brendini 182.8 milyard dollar dəyərində qiymətləndirib. Yəni şirkətin qiyməti keçən ilki göstərici ilə müqayisədə 8% artıb.

İkinci yeri artıq 3-cü ildir ki, Google şirkəti tutur. Bu dəfə jurnal Google şirkətini 132.1 milyard dollar dəyərində qiymətləndirib. Yəni onun qiyməti 1 il ərzində 30% artıb. Reytinqin ilk üçlüyünü isə Microsoft şirkəti bağlayıb. Onu 104.9 milyard dollar dəyərində qiymətləndiriblər. Yəni onun qiyməti 1 il ərzində 21% yüksəlib. Forbes-un fikrincə dünyanın ən bahalı brendlərinin ilk Top-10 siyahısı ilə aşağıdan tanış ola bilərsiniz.

Apple şirkəti – 182.2 milyard dollar (illik 8% artım) Google şirkəti – 132.1 milyard dollar (illik 30% artım) Microsoft şirkəti – 104.9 milyard dollar (illik 21% artım) Facebook şirkəti – 94.8 milyard dollar (illik 29% artım) Amazon şirkəti – 70.9 milyard dollar (illik 31% artım) Coca-Cola şirkəti – 57.3 milyard dollar (illik 2% artım) Samsung şirkəti – 47.6 milyard dollar (illik 25% artım) Disney şirkəti – 47.5 milyard dollar (illik 8% artım) Toyota şirkəti – 44.7 milyard dollar (illik 9% artım) AT&Tşirkəti – 41.9 milyard dollar (illik 14% artım).

Dünyanın 100 bahalı brendinin ümumi dəyəri 1 il ərzində 10% artaraq 2.15 trilyon dollar təşkil edib. Həmin reytinqdə 100-cü yeri KFC tutub. Jurnal onu 7.4 milyard dollar dəyərində qiymətləndirib