USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"WhatsApp" istifadəçilərinə pis xəbər

11.07.2019 İqtisadiyyat
0 0
Kibertəhlükəsizlik şirkətləri "FinSpy" casus proqramının yeni versiyasını aşkar edib.

"Kommersant.az" Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, ziyanverici proqram istifadəçinin mobil cihazda demək olar ki, bütün hərəkətlərini izləyir.

Bildirilir ki, "FinSpy" hətta təhlükəsiz sayılan mesajlaşma proqramları ilə göndərilən məxfi ismarıcları belə oxuya bilir.

"Bu proqram artıq "Telegram", "WhatsApp", "Signal" və "Threema" kimi şifrələmədən istifadə edən mesajlaşma proqramlarından məlumat toplaya bilir" - şirkət deyib.

Ekspertlər qeyd edir ki, cinayətkar "FinSpy" proqramını qurbanın cihazına giriş əldə etməklə yükləyə bilər. Bundan başqa, ziyanverici proqram SMS mesaj, elektron məktub və ya "push" bildirişlərlə göndərilir.

"FinSpy" smartfon və ya planşetlərdən müxtəlif məlumatları oğurlayır: bura cihazın kitabçasında olan nömrələr, elektron məktublar, mesajlar, təqvim qeydləri, "GPS" məlumatları, şəkillər, cihazın yaddaşında saxlanılmış fayllar və mesajlaşma proqramları ilə göndərilən ismarıclar daxildir.

  • Əvvəlki

    Azərbaycanda orta aylıq əmək haqqı artdı - RƏSMİ AÇIQLAMA

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0