USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Whatsapp"dan daha bir yenilik

29.07.2019 İqtisadiyyat
0 0
Hazırda personal kompüterdə "Whatsapp"dan istifadə etmək üçün bu messencerin veb versiyası ilə mobil versiyası arasında sinxronlaşdırmanı reallaşdırmaq lazımdır. Lakin bu halda smartfon sönülü olarsa, messencerin veb versiyası vasitəsilə mesaj göndərmək mümkün olmayacaq. Görünür, bu vəziyyət yaxın zamanda dəyişəcək

"Kommersant.az" "technote"a istinadla xəbər verir ki, məşhur messencerin tərtibatçıları "Whatsapp"dakı istifadəçi hesabının həm smartfonda, həm də kompüterdə ayrı-ayrılıqda istifadəsi özəlliyini test edir.

Bu fuksiya messencerin "Windows" üçün olacaq versiyasında dəstəklənəcək. Başqa sözlə desək, tərtibatçılar "Whatsapp"ın kompüter versiyasını hazırlayırlar. Bəzi məlumatlara əsasən, messencerin bu versiyası ilin sonuna kimi təqdim olunacaq. Lakin messencerin "iPad" versiyası gecikir.

  • Əvvəlki

    Azərbaycan nefti ucuzlaşdı

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0