USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Facebook”da olan nazirlər - SİYAHI

09.09.2019 İqtisadiyyat
0 0
Hakimiyyət düşərgəsində təmsil olunanların “Facebook”a axını davam edir. Prezidentin köməkçisi Əli Həsənov və baş nazirin müavini Əli Əhmədovdan sonra baş nazirin digər müavini Əli Həsənov da “Facebook”a gəlib.

Sentyabrın 4-də Əli Həsənovun adına səhifə açılıb. Səhifənin iki minə yaxın şəxs izləyir. Yeri gəlmişkən, Baş nazir Novruz Məmmədovun da adına "Facebook" səhifəsi var. 2010-cu il aprelin 22-də yaradılan səhifənin 2000 mindən artıq şəxs izləyir. Lakin səhifə aktiv deyil. Novruz Məmmədov sonuncu paylaşımı 2018-ci il avqustun 26-da edib. Paylaşım Qurban Bayramı ilə bağlı təbrikdən ibarətdir. Novruz Məmmədov "Facebook"da passiv olsa da, "Twitter"də kifayət qədər fəaldır.

Bəs nazirlərdən Facebook-da kimlər var? "Yeni Sabah" bununla bağlı araşdırma aparıb.

Bəlli olub ki, "Facebook"da Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun adına 2 səhifə var. Bunlardan biri 2017-ci il yanvarın 8-də yaradılıb. 547 nəfər izləyicisi olan səhifə aktiv deyil. Digər səhifə isə "Kamaladdin Heydarov" adı ilə 2011-ci il oktyabrın 27-də yaradılıb. Bu səhifənin 70 mindən çox izləyicisi var. Səhifə 2015-ci ilə qədər aktiv fəaliyyət göstərib. Sonuncu paylaşım 2015-ci il iyunun 30-da edilib. Paylaşım ölkə başçısı İlham Əliyevin Kəmaləddin Heydərovu 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif etməsi barədədir. Bundan sonra heç bir paylaşım edilməyib.

Xarici işlər naziri Elmar Məmmədyarovun adına isə "Facebook" hesabı var. Lakin hesabın saxta olduğu ilk baxışdan aydın olur. Nazirin adına olan hesabın "zaman tuneli" və "dost siyahısı" boşdur.

"Facebook"da adına hesab olan nazirlərdən biri də Kənd Təsrrüfat naziri İnam Kərimovdur. Hesab aktiv olmasa da, "feyk" də deyil. Çünki "zaman tuneli"ndə KTN-nin fəaliyyəti ilə bağlı foto və mətnlər gözə dəyir. Həmçinin, sonuncu paylaşım bu ilin iyul ayının 24-nə təsadüf edir. Paylaşım Azərbaycan Dövlət Aqrar Universitetinin reklamı ilə bağlıdır. İnam Kərimovun hesab ilə bağlı maraqlı məqamlardan biri də "friend listi"nin publik olmamasıdır. Yəni, nazirin dostluq siyahısında kimlərin olduğunu bilmək üçün onunla "dostlaşmaq" lazımdır. Hətta mümkündür ki, nazirin "dost siyahısı"na əlavə olunacağınız təqdirdə belə, bütün "friend list"i deyil, yalnız ortaq dostları görmək imkanınız olsun. Amma biz İnam Kərimovun bu qədər məxviliyə baş vuracağına inanmırıq. Hər halda o xüsusi xidmət orqanının rəhbəri deyil.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə də virtual məkana baş vurub. Onun adına olan səhifə 2016-cı il iyulun 1-də yaradılıb. Səhifə aktiv işlədilir.

"Facebook"da adına aktiv səhifə olan nazirlərdən biri də Təhsil naziri Ceyhun Bayramovdur. Onun adına olan səhifə 2018-ci il mayın 7-də yaradılıb. Səhifənin 17 mindən çox izləyicisi var.

Vergilər naziri Mikayıl Cabbarovun adına olan səhifə də aktivdir. 2013-cü il avqustun 30-da yaradılan səhifənin 30 mindən artıq izləyicisi var.

  • Əvvəlki

    Keçmiş nazirlərin milyonları necə geri alına bilər? - “Cinayət işi başlanmalıdır”

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0