USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avtomobil qiymətinə olan Samsung telefonu Azərbaycanda - QİYMƏT

20.12.2019 İqtisadiyyat
0 0
“Samsung”un ən son modellərindən olan “Galaxy Fold (SM-F900)” Azərbaycan bazarına çıxarılıb.

"Kommersant.az" xəbər verir ki, telefon hələlik yalnız İrşad Electronics-in mağazalarında satışdadır. Baku Electronics-in saytında telefon haqqında bölmə açılsa da, qiyməti və xüsusiyyətləri haqqında məlumat verilmir. Mağazadan isə bildirilib ki, telefon satışda deyil.

Qeyd edək ki, telefon həvəskarlarının səbirsizliklə gözlədiyi model Azərbaycanda 4999 manata təklif edilir.

7,3 düymlük qatlanan ekrana sahib smarfton Android 9.0 (Pie) ilə çalışır. Operativ yaddaşı 12, daxili yaddaşı 512 GB ölçüyə malikdir. Smartfon yaddaş kartını dəstəkləmir. Arxasında müvafiq olaraq 12, 12, 16 Mp ölçüdə 3 kamera var. Ön hissədə də ölçüləri 10, 8, 10 Mp olan eyni sayda kamera var. Akkumulyatorun həcmi isə 4380 mAs-dır.

8 nüvəli Qualcomm SM8150 Snapdragon 855 (7 nm) prosessoru ilə təchiz olunan telefonda barmaq izi oxuyucu, NFC texnologiyaları mövcuddur. Cihazın ağırlığı 263 q təşkil edir.

Ted.az

  • Əvvəlki

    Müdafiə Sənayesi Nazirliyinin iki idarəsinə yeni rəhbər təyin edilib

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0