Vilayət Eyvazovdan yeni - TƏYİNAT

20.12.2019 Siyasət
Bakı Şəhər Baş Polis İdarəsinin Kadrlar İdarəsinə rəis təyin olunub.

“Kommersant.az” xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmrinə əsasən, polis polkovnik-leytenantı Füzuli Allahverdiyev rəis təyin olunub.

F.Allahverdiyev bu təyinata qədər DİN Baş Kadrlar İdarəsində müxtəlif vəzifələrdə çalışıb. O, bu sahədə çalışan peşəkar kadrlardan hesab olunur.

Məlumatı Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a təsdiqləyib.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin Kadrlar İdarəsinin rəisi, polis polkovniki Elçin Əsədov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.