USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“.az” domenli saytlara uğurlu kiberhücumlar 88% artıb

07.01.2020 İqtisadiyyat
0 0
2019-cu ildə “.az” domenli saytlara 167 kiberhücum qeydə alınıb ki, bu da 2018-ci illə müqayisədə 88% çoxdur.

"Kommersant.az" xəbər verir ki, bu barədə CYBERO Kibertəhlükəsizlik Mərkəzi məlumat yayıb.

Məlumata görə, ötən ilin II yarısında kiberhucumlar xüsusilə çox olub və I yarımili 115% üstələyib.

Hücum olunan veb resursların analizi göstərir ki, onların 62-si informasiya resursunun məhz düzgün təhlükəsiz kodlanmaması, 105-i isə serverlərdə təhlükəsizliyin düzgün qurulmaması nəticəsində hackerlərin hədəfinə çevriliblər. Server sazlamalarının düzgün qurulmaması nəticəsində baş verən hücumların 45% Linux ƏS, 55% isə Win ƏS üzərində qurulmuş resurslar olub. Analizlər eyni zamanda bu verb resursların 19-nun təkrar hücumlara məruz qalmasına baxmayaraq çatışmazlıqları aradan qaldırmaq üçün lazımi tədbirlərin görülməməsi faktını da ortaya çıxarıb.

Hücum həyata keçirilən informasiya resurslarının Host olunması ölkələr üzrə 69% ABŞ, 8%-i Türkiyə, 7%-i Rusiya, 7%-i Almaniya, 4%-i İngiltərə, 1%-i Azərbaycan, 4%-i isə Fransa, Bolqarıstan, Finlandiya, Hollandiya və Hindistanın payına düşür.

"Hücumların 63%-inin serverlərin boşluğundan istifadə olunaraq həyata keçirilməsini nəzərə alaraq CYBERO Kibertəhlükəsizlik Mərkəzi bir daha "shared hosting"istifadə edən şirkətləri diqqətli olmaları üçün xəbərdar edir", - məlumatda qeyd olunub.

Report

  • Əvvəlki

    İran parlamentindən şok ABŞ qərarı

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0