USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlikdə nə baş verib? - Ramin Quluzadənin xanımı haqda sensasion xəbər

19.02.2020 İqtisadiyyat
0 0
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin vəzifəsinin öhdəsindən gələ bilməməsi barədə ardıcıl məlumatlar yayılır.

"Kommersant.az" xəbər verir ki, müxtəlif media orqanlarında və sosial şəbəkələrdə nazirin öz iş funksiyasını yerinə yetirə bilmədiyi barədə iddialar səsləndirilir.

Bu gün səhər saatlarında isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində insindent baş verməsi barədə xəbər yayılıb. İnsidentin mərkəzində Ramin Quluzadənin həyat yoldaşı dayanır. İddia olunur ki, onun xanımı nazirlik binasına gələrək qalmaqal yaradıb.

Belə ki, Quluzadənin xanımı nazirlik əməkdaşı olan başqa bir qadınla saçyolduya çıxıb. Mühafizəçilər olaya müdaxilə edib. Nazir dəhlizə çıxaraq bütün işçilərə otaqlara girib qapıları bağlamağı tapşırıb. Uzun qalmaqaldan sonra ara sakitləşib və nazirin həyat yoldaşını evə göndəriblər.

Bu məlumat bir neçə media orqanında və sosial şəbəkələrdə tirajlanıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə bu xəbəri şayiə hesab edir. Qurumun mətbuat xidmətindən "Yeni Sabah"a "Biz şayiələrə vaxt sərf etmirik" deyə cavab verilib.

Məsələ haqda texnologiya üzrə ekspert Osman Gündüz də danışıb. O, sosial şəbəkə hesabında yazıb:

"Dünəndən etibarən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş verən qalmaqalla bağlı xəbərlərin linklərini dostlarımız mənə də göndərirlər.

Düşünürəm ki, elə Nazirliyin özünə və PA-ya yönəltmək daha doğru olardı.

Çox təəssüflədirici bir hadisədir. Nazirlikdə baş verən qalmaqalla bağlı xəbər saytlarında və sosial mediada yazılanlara Naziriyin informasiya xidməti aydınlıq gətirməlidir.

Ümumiyyətlə, son dövrlərdə qabarıq formada görsənir ki bu mərkəzi icra orqanında xoşagəlməz tendensiyalar, tez-tez konfliktlər baş verir.

Nazirlikdə kimin daha çox söz sahibi olması, yeni yaranan İnnovasiya Agentliyi rəhbərliyinə yersiz müdaxilələr, Nazirliyin AzİnTelekom qurumunun rəhbəri ilə İnnovasiya Agentliyinin rəhbəri arasında baş verən kəskin qarşıdurmalar, Nazirliyin nəhəng monstrları olan AzTelekom və Baktelekom ilə özəl Provayderlər arasındakı qarşıdurmalar və məhkəmələr İT sektorunda hamıya bəllidir.

Görünən odur ki, ölkədə aparılan islahat xətti və rəqəmsal transformasiya dalğası ilə NRYTN –nin apardığı işlər arasındakı rəqəmsal bərabərsizlik sürətlə artmaqdadır.
Ümid edirəm Nazirliyin hesabat verməli olduğu qurumlar da baş verənlərdən xəbədrdardır. Çox təəssüf edirəm".

  • Əvvəlki

    MSK-nın iclası başladı - 3 dairə üzrə şikayətlər geri qaytarıldı - YENİLƏNİR

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0