USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aydın Mirzəzadənin dairəsindən 3 məntəqənin nəticələri silindi

19.02.2020 Siyasət
0 0
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 47 saylı Mingəçevir Seçki Dairəsindən namizədlər İbrahim Salamovun və Qurbanəli Yusibovun müraciətləri müzakirəyə çıxarılıb.

Bu barədə MSK üzvü Baxşeyiş Əsgərov məlumat verib. Onun sözlərinə görə, şikayətçilər müvafiq seçki dairəsi üzrə nəticələrin etibarsız sayılmasını tələb ediblər.

B.Əsgərov isə bildirib ki, həmin dairənin yalnız üç seçki məntəqəsində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar aşkarlanıb.

47 saylı Mingəçevir Seçki Dairəsinin lider namizədi Aydın Mirzəzadədir.