Milli Məclisə seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxılması ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.
MSK katibi Arifə Muxtarova bildirib ki, 56 saylı Xaçmaz Kənd və 62 saylı Saatlı Seçki dairələri üzrə daxil olan müraciətlər qanunvericilikdə nəzərdə tutulan vaxtlarda təqdim edilməyib.
92 saylı Ucar-Zərdab Seçki Dairəsi üzrə də daxil olan müraciət vaxtında təqdim olunmayıb.
Buna görə də şikayətlərin geri qaytarılması qərara alınıb.
****
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 37 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən quruma daxil olan müraciətə baxılıb.
"Kommersant.az" xəbər verir ki, müraciət araşdırılması üçün DSK-ya göndərilib.