Britaniyadan sonra Fransa da "Huawei"ə qadağa qoydu

24.07.2020 İKT
Fransa 5G avadanlıqları almağı planlaşdıran telekommunikasiya şirkətlərinə "Huawei"in lisensiyalarının yenilənməyəcəyi barədə xəbərdarlıq edib.

"Kommersant.az" xarci mətbuata istinadən xəbər verir ki, məsələ ilə əlaqədar 3 mənbə hökumətin beləliklə "Huawei" avadanlıqlarını mərhələli şəkildə mobil şəbəkədən çıxarmağı planlaşdırdığını bildirib. məlumata görə, lisenziya müddətinin məhdudlaşdırılması Fransanın 5G şəbəkəsindəki "Huawei" avadanlıqlarının 2028-ci ilə qədər sistemdən çıxacağı deməkdir.

Qeyd edək ki, Fransa da Avropada 5G infrastrukturuu quran digər ölkələr kimi ABŞ-la Çin arasındakı geosiyasi mübarizənin arasında qalmış vəziyyətdədir.

Xatırladaq ki, ötən aylarda Çin nəhəngi "Google"un sanksiyaları ilə qarşı-qarşıya qalmış, həmçinin ötən günlərdə Böyük Britaniyada da qadağan edilmişdi.