Qarabağ Azərbaycandır!

"AirPower" bazara daxil olur

21.09.2018 İKT
"Apple", "AirPower" adlı simsiz şarjın istehsalına hazırlaşır.

"Kommersant.az" xəbər verir ki, bu barədə məlumat "iPhone XS" və "XS Max"ın qutularının üzərində aparılan qeyddən aydın olub:

""iPhone"un ekranını "AirPower", yaxud "Qi" sertifikatlı simsiz şarja doğru aparın", - deyə təlimatda göstərilib.

Xatırladaq ki, daha əvvəl simsiz şarjın səhifəsi şirkətin saytından götürülmüşdü. Media bunu aksessuardan imtina kimi dəyərləndirmişdi.

Qeyd edək ki, "AirPower" adlı simsiz şarjın konsepsiyası 2017-ci ilin sentyabrında təqdim edilib. "iPhone XS", "XS Max" və "XR"in təqdimatı zamanı isə şarjla bağlı heç nə deyilməmişdi. Aksessuar aparat təminatı ilə bağlı problemlərlə üzləşmişdi.