Əmanətlərin sığortalanması müddəti artırıldı

23.02.2019 Sığorta
Azərbaycan Prezidenti İlham Əliyev“Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

"Kommersant.az" xəbər verir ki, sənədə əsasən qanunun 3-cü maddəsində “3 (üç)” sözləri “4 (dörd)” sözləri ilə əvəz edilib.

Bununla da Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti daha 1 il - gələn il martın 4-nə qədər artırılıb.