USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daşınmaz əmlakın icbari sığortası üzrə daxilolmalar 68%-ə yaxın artıb

26.02.2019 Bank
0 0
2019-cu ilin yanvar ayında daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 5 mln. 947,4 min manat təşkil edib.

"Kommersant.az" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 2 mln. 397,4 min manat və ya 67,5% çoxdur.

Sığorta ödənişlərinə gəlincə, hesabat dövründə bu göstərici 306,6 min manat olub ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 244 min manat və ya 4,9 dəfə çoxdur.

Ümumilikdə, bu ilin ilk ayında daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər daxilolmaların 5,2%-ni təşkil edib.

Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası (DƏİMMİS) üzrə sığorta haqlarının həcmi 5,9 min manat təşkil edib, bu, 2017-ci ilin yanvar ayı ilə müqayisədə 7,5 dəfə çoxdur. Bu ilin yanvar ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə ödəniş qeydə alınmayıb. 2018-ci ilin yanvar ayında isə bu sığorta növü üzrə 22 min manat ödəniş verilib.