USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Dövlət Sığorta Şirkəti”nin yığımlarında fantastik artım

21.05.2018 Bank
0 0
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti bu ilin yanvar-aprel ayları üzrə topladığı sığorta haqlarında ciddi artıma nail olub.

"Kommersant.Az" Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı rəqəmlər əsasında tərtib etdiyi hesabata görə, cari ilin ilk 4 ayında "Dövlət Sığorta Şirkəti"nin peşəkar satış komandası tərəfindən 31,925 mln. manat sığorta haqqı yığılıb.
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə yığımların həcmində 22,397 mln. manat və ya təxminən 3,4 dəfə artım qeydə alınıb. Şirkət sığorta bazarında yığımlarıının həcminə görə ilk üçlüyə daxil olub.

Ümumiyyətlə, cari ilin ilin əvvəlindən başlayaraq "Dövlət Sığorta Şirkəti" satış blokuna və digər strateji şöbələrə bazarın ən peşəkar kadrlarını cəlb edir. Şirkətdə ciddi irəliləyişlər baş verir. Satış strategiyasının dəyişməsi, eləcə də yaxın vaxtlarda yeni Baş Satış Mərkəzinin açılışının planlaşdırılması şirkətdəki müsbət inkişafdan xəbər verir. Şirkət inkişafını bu cür tendensiya ilə davam etdirərsə sığorta bazarının lideri olması ehtimalını da artırır.

Dövlət Sığorta Şirkəti 1991-ci ildən fəaliyyət göstərir. Şirkətin ölkə üzrə 75-ə yaxın filialı mövcuddur.