USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“AzRe Təkrarsığorta”nın xalis mənfəəti 17% artıb

14.03.2019 Bank
0 0
“AzRe Təkrarsığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 118,202 mln. manat təşkil edib.

Şirkətin maliyyə hesabatına istinadən xəbər verilir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 15,7%çoxdur.

2018-ci ildə "AzRe Təkrarsığorta"nın cəmi öhdəlikləri 10,95% artaraq 27,543 mln. manata, cəmi kapitalı isə 17,2% artaraq 90,659 mln. manata çatıb.

Ötən il "AzRe Təkrarsığorta"nın cəmi gəlirləri 63,185mln. manat (əvvəlki ilə nisbətən 15,65% çox), cəmi xərcləri 31,919 mln. manat (10,7% çox), mənfəət vergisi ödəmələri isə 6,201 mln. manat (40,4%) çox təşkil edib. Son nəticədə şirkəti 2018-ci ili 25,064 mln. manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 17,15%çoxdur.

Xatırladaq ki, "AzRe Təkrarsığorta" 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. "AzRe Təkrarsığorta" "Qala Sığorta" ASC-nin 100%-lik, "Qala Həyat Sığorta" ASC-nin isə 88,57%-lik səhmdarıdır.

report