“Silk Way Insurance”ın yeni rəhbərliyi açıqlanıb, dəyişiklik var

23.04.2019 Sığorta
“İpək Yolu Sığorta” ASC-nin (və ya Silk Way Insurance) rəhbərliyində dəyişiklik olub.

"Kommersant.az" xəbər verir ki, sığorta şirkətinin Direktorlar Şurası üzvləri olan Zaur Axundov adı siyahıda yer almayıb.

Hazırda isə T.N.Məmmədov, Mirsəməd Mövsümov və Tahir Tağıyev adlı şəxslərlə Direktorlar Şurası qurulub.

Xatırladaq ki, Sığorta Şirkətinin səhmləri “Silk Way Holdinq” 19,05 faiz pay olmaqla digər iki fiziki şəxs olan və hərəsinə 38,74 faiz pay ilə Əsgərzadə bacılarına məxsusdur.