USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Standard İnsurance”-ın yeni sədri - "Kadrlar vaxt keçdikcə dəyərləndiriləcək"

13.02.2020 Bank
0 0
Xəbər verdiyimiz kimi fevralın əvvəlində sığorta sektorunda tanınmış şəxs Kamran Babayev “Standard İnsurance”-ın İdarə Heyətinin sədri təyin olunub.

"Kommersant.az" bildirir ki, yeni sədr şirkətin perspektivləri, dəyişikliklər, kadr islahatları və qarşıda duran məqsədlərlə bağlı ABC.AZ-a açıqlama verib. Hazırda kadrlarla əlaqədar konkret heç nə söyləmək olmaz deyən K. Babayev qeyd edib ki, qarşıdakı əsas iş şirkətdə xidmət səviyyəsini artırmaqdır: "Kadrlar vaxt keçdikcə dəyərləndiriləcək. Mən hələ kadrlarla tanış olmalıyam. Bizim məqsədimiz komandanı dəyişmək deyil. Kadrlar yaxşıdır, hazırda onlarla işimizi davam etdiririk. Prioritetimiz əlbəttə ki, xidmət səviyyəsinin artırılması, yüksəldilməsidir. Biz istəyirik ki, müştərilər bizdən razı qalsın. Bizim əsas prioritetlərimizdən biri müştəri məmnuniyyətidir. Bu gün biz qeyd etdiyim strategiya üzrə fəaliyyətimizi hələki təkmilləşdirirmək istiqamətində çalışırıq".