USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İSB-nin Himayəçilər Şurasında dəyişiklik edilib

17.02.2020 Bank
0 0
İcbari Sığorta Bürosunun (İSB) Himayəçilər Şurasının üzvlərində dəyişiklik edilərək ləğv olunan Maliyyə Bazarlarına Nəzarət Palatasının üzvləri Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndələri ilə əvəzlənib.

"Kommersant.az"ın məlumatına görə, yeni üzvlər Vüsal Cavanşir oğlu Qurbanov və Tural Hicrət oğlu Feyzullayevdir.

Qeyd edək ki, hazırda İSB-nin Himayəçilər Şurası sədr Azər Allahverdi oğlu Əliyev, sədr müavini Ülviyyə Kərim qızı Cabbarova, üzv Mətanət Alim qızı Nərimanlı və iki nəfər AMB nümayəndəsindən ibarətdir.

APA