USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sığorta şirkətləri ötən ili necə başa vurdu? – Mənfəət və zərər edənlərin - SİYAHISI

23.04.2020 Bank
0 0
2019-ci il üzrə sığorta şirkətlərinin fəaliyyət nəticələri məlum olub.

"Kommersant.az" 2019-ci il üzrə yekun hesabatını açıqlayan sığorta şirkətlərinin maliyyə nəticələrini araşdırıb və sözügedən dövr üzrə hansı şirkətlərin mənfəət, hansı şirkətlərin zərərdə olduğunu müəyyən edib.

Belə ki, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin əksəriyyəti ötən ili mənfəətlə başa vurub. Bu sığorta şirkətləri arasında ən yüksək mənfəət "Atəşgah Həyat" və "Meqa Sığorta" şirkətlərində qeydə alınıb ki, bu da müvafiq olaraq 7 mln. manat və 4 mln. manata yaxın olub.

Mənfəətinə görə sıralamada 3-cü və 4-cü yerdə "Qala Həyat Sığorta" (3 mln manat) və "A-Qroup" Sığorta şirkətləri (2 mln manat) olub.

4 sığorta şirkəti – "AXA MBASK" Sığorta, "Standard İnsurance", "Xalq Həyat Sığorta" və "Xalq Sığorta" ötən ili zərərlə başa vurub.

Sığorta şirkətlərinin xalis mənfəət və zərər göstəriciləri ilə aşağıdakı siyahıdan daha ətraflı tanış ola bilərsiniz:

Banker.az