12 sığorta şirkətinin xərcləri artıb

05.05.2020 Sığorta
“Naxçıvan Sığorta” ASC istisna olmaqla 2019-cu ildə Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 8-nin ötənilki xərcləri illik müqayisədə azalıb.

"Kommersant.az" xəbər verir ki, bunlar “Standard Insurance” Sığorta Şirkəti, “Atəşgah Sığorta”, “Meqa Sığorta”, “Azsığorta”, “Günay Sığorta”, “Qala Həyat Sığorta”, “AXA Mbask” Sığorta Şirkəti və “Azərbaycan Sənaye Sığorta” ASC-lərdir.

Ən çox azalma “Azərbaycan Sənaye Sığorta” (50%), ən az azalma isə “Standard Insurance”da (6%) qeydə alınıb.

“Xalq Həyat Sığorta” isə ötən il fəaliyyətə başladığı üçün müqayisə aparmaq mümkün olmayıb.

Digər 12 sığorta şirkətinin isə xərcləri artıb. Ən yüksək artım “Xalq Sığorta” ASC-də (3 dəfə), ən az artım isə “Atasığorta” ASC-də (3%) qeydə alınıb.

Banker.az