USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Standard Insurance”a təyin edilmiş müvəqqəti inzibatçının adı məlum oldu

28.05.2020 Bank
0 0
Azərbaycan Mərkəzi Bankının mayın 19-da lisenziyasını ləğv etdiyi “Standard Insurance”yə təyin olunan inzibatçının adı məlum olub.

"Kommersant.az" xəbər verir ki, bu, AMB əməkdaşı olan Oruc Həsənxanovdur.

O, əvvəllər isə Maliyyə Bazarlarına Nəzarət Palatasına Nəzarət Palatasının sığorta üzrə departamentində çalışıb. Şirkət ləğv olunana qədər qanuni təmsilçi isə İdarə Heyəti sədri Kamran Babayev idi.

Qeyd edək ki, Sığorta Şirkəti "AB Standard" Şirkətlər Qrupuna məxsus idi. 12.6 mln. manatlıq nizamnamə kapitalına sahib idi.

AMB son açıqlamasında deyirdi ki, "Standard Insurance" kapitalını tam itirdiyinə görə, ona verilmiş lisenziya ləğv edilib, bütün idarəetmə səlahiyyətləri təyin olunan inzibatçıya verilir. Çünki, sığorta şirkətinin üzərində sığorta öhdəlikləri vardır, 19 may 2021-ci ilə qədər sığorta müqavilələri üzrə hadisəyə görə ödənişlər qarşılanmalıdır.