USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Palata sığorta şirkətlərinə daha geniş müdaxilə edə biləcək

20.06.2018 Bank
0 0
“Azərbaycanda sığorta sektorunda müvəqqəti inzibatçılığın yaradılması üçün hökumətə təklif vermişik".

Bunu Bakıda keçirilən 6-cı Sığorta Konfransında Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov deyib.

"Sığorta şirkətlərinin maliyyə dayanıqlığını və baş verə biləcək çalxalanmaları nəzərə alaraq, biz sığota sektorunda da müvəqqəti inzibatçı institutunun tətbiqilə bağlı qanunvericiliyə dəyişikliklər layihəsini hökumətə təqdim etmişik. İstəyirik, sığorta şirkətlərdə baş verə biləcək prudensial kənarlaşma zamanı nəzarət orqanı müdaxiləsini edə bilsin. Bu maliyyə bazarının dayanıqlığına öz töhfəsini verəcəkdir",- İ. Alışov bildirib.