"Bakı Sığorta"nın idarə heyətinə sədr təyin edilib

21.06.2018 Sığorta
"Bakı Sığorta"nın idarə heyətinə sədr təyin edilib.

"Bakı Sığorta" şirkətinin idarə heyətinin sədri təsdiqlənib. Məlumata görə, sığorta şirkətinin idarə heyətinin sədri vəzifəsini icra edən Ramin Məmmədov ötən həftədən etibarən idarə heyətinin sədri təyin edilib.

Qeyd edək ki, R.Məmmədov 2012-ci ildən “Bakı Sığorta” şirkətində çalışır. 2012-ci ildə maliyyə departamentinin direktoru, idarə heyətinin üzvü, 2013-cü ildən isə sədr müavini seçilib. 2016-cı ilin may ayından etibarən isə sığorta şirkətinin idarə heyətinin sədri vəzifəsini icra edirdi.

Fins