USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bələdiyyələrin auditdən keçməsi ilə bağlı vəziyyət pisləşdi

27.06.2019 Bank
0 0
Azərbaycanda məcburi audit subyekti olan 1 608 bələdiyyədən 980-ı və yaxud 60,95%-i 2018-ci ildə auditdən keçib.

"Kommersant.az" bu barədə Auditorlar Palatasına istinadən xəbər verir.

Xatırladaq ki, 2017-ci ildə 1 265 bələdiyyə və yaxud bütün yerli özünü idarəetmə qurumlarının 78,7%-i auditdən keçmişdi. Başqa sözlə, bələdiyyələrin auditdən keçməsi ilə bağlı vəziyyət pisləşib.