USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İki kredit ittifaqının lisenziyası ləğv edildi

17.10.2019 Bank
0 0
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) iki kredit ittifaqının (Kİ) lisenziyasını ləğv edib.

"Kommersant.az" Banker.az-a istinadən xəbər verir ki, ləğv edilən maliyyə qurumları — Azad Kapital Kredit İttifaqı və Sarı Bulaq Kredit İttifaqıdır.

"Azad" Kİ 4 mln. manat nizamnamə kapitalı ilə Biləsuvarda (2013-dən) və "Sarı Bulaq" Kİ isə 4 mln. manatla Bərdədə (2003-dən) fəaliyyət göstərirdi.

Bununla da kredit ittifaqlarının sayı 45-ə düşüb.

Bildirək ki, cari ilin 10 ayı ərzində tənzimləyici orqan 14 kredit ittifaqının lisenziyasını geri çağırıb.

Kredit ittifaqı

Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır. Qarşılıqlı kreditləşmə Kredit ittifaqında toplanan pul vəsaiti hesabına üzvlərin təsərrüfat və sosial ehtiyaclarının ödənilməsi üçün verilən qısa və uzunmüddətli kreditdir. Kredit ittifaqı öz əmlakına malikdir, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə edə bilər, məhkəmədə iddiaçı və cavabdeh ola bilər.