USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət büdcəsinə hansı dəyişikliklər olunacaq?

12.06.2018 Bank
0 0
“2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunub”.

Bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev məlumat verib.

M.Piriyev bu dəyişikliklərlə əlavə maliyyə təminatı yaradılması nəzərdə tutulan sahələri də açıqlayıb. Onun sözlərinə görə, ölkə əhalisinin sosial müdafiəsinin daha da gücləndirilməsi, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, turizmin inkişafı, bir sıra sosial və infrastruktur layihələrinin, kənd təsərrüfatı, su təchizatı, meliorasiya və irriqasiya tədbirlərinin və digər zəruri dövlət vəzifələrinin maliyyələşdirilməsi ilə əlaqədar əlavə maliyyə təminatının yaradılması ilə bağlı "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi və müvafiq sənədlər mövcud qanunvericiliyə uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.

"Azərbaycan Respublikasının Nazirlər Kabineti isə qanun layihəsini məqbul hesab edərək Azərbaycan Respublikasının Prezidentinə təqdim edib. Qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən bəyənilərək müvafiq sənədlərlə birlikdə müzakirə üçün Milli Məclisinə təqdim olunub", deyə nazirlik rəsmisi bildirib.

APA