Azərbaycanın ixracında zəif cəhət açıqlandı

25.06.2018 Qeyri Bank
"Azərbaycanda kənd təsərrüfatında məhsuldarlığın səviyyəsi ötən əsrin 60-cı illərində Latın Amerikası ölkələrindəki məhsuldarlıq səviyyəsindən bir qədər çoxdur".

"Kommersant" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dünya Bankı ilə birgə təşkil etdiyi 3-cü Bilik Sərgisidə beynəlxalq maliyyə qurumunun nümayəndəsi Culian Lampietti bildirib.

"Məhsuldarlığı 3 dəfə artırmaq üçün imkanlar var. Bu baxımdan rəqəmsal texnologiyaların tətbiqi mühüm rol oynaya bilər. Xüsusilə ət və süd məhsullarının istehsalında potensial daha böyükdür", - o qeyd edib.

Dünya Bankının rəsmisi Azərbaycanda kənd təsərrüfatı üzrə ixrac potensialının dəyərini də açıqlayıb və bu rəqəmin 1,1 mlrd. ABŞ dolları olduğunu deyib.

Onun sözlərinə görə, aqrar sektor ixracın 77%-ni Rusiya istiqamətində həyata keçirir və bu, zəif cəhətdir: "Yeni bazarlar barədə düşünmək lazımdır".

Report