Nizamnamə kapitalı 1 mln. manat olan dövlət əmlakı hərraca çıxarılır

25.06.2018 Qeyri Bank
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil edilən növbəti hərrac 24 iyulda baş tutacaq.

Komitədən "Kommersant"a verilən məlumata görə, budəfəki hərraca iş yerlərinin yaradılmasını mümkün edən, investorları yeni biznes sahələrinə cəlb edəcək 105 dövlət əmlakı çıxarılıb.

Bunlardan 23-ü səhmdar cəmiyyəti, 37-si kiçik dövlət müəssisə və obyekti, 41-i qeyri-yaşayış sahəsi, 4-ü nəqliyyat vasitəsidir. Prosesdə özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakları qiymət, yerləşdiyi ərazi, ümumi faydalılıq cəhətdən müxtəlifdir.