USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə baş verən zəlzələnin Azərbaycana təsiri varmı?

06.02.2023 Digər
0 0
“Bu gün Türkiyədə baş verən zəlzələnin Azərbaycana təsiri yoxdur”.

Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib.

Onun sözlərinə görə, bu hadisənin seysmoloji tərəfdən ölkəmizə təsiri olmayıb:

“Zəlzələ qeydə alınan yer Azərbaycandan kifayət qədər uzaqdır”.

Qeyd edək ki, Türkiyədə baş verən zəlzələdə ölənlərin sayı 76-ya çatıb. Hadisə zamanı 440 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində, 7 km dərinlikdə olub.

Təbii fəlakət nəticəsində Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərində ciddi dağıntılar var.