USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İstanbul şəhəri üçün xəbərdarlıq edildi

07.02.2023 Digər
0 0
İstanbulda ötən gün başlayan və dünən gecədən təsirini artıran qar səhər saatlarında da davam edib.

İstanbul üçün xəbərdarlıq edildikdən sonra bütün şəhərə qar yağmağa davam edir.

Səhər saatlarında yağan qar səbəbindən səhər işə çıxmaq istəyən vətəndaşlar çətinliklə yoluna davam edib. E5 şosesində yağan qar səbəbindən nəqliyyat vasitələrinin hərəkətdə yavaş və nəzarətli şəkildə hərəkət etdiyi görülüb.

İstanbul valisi Ali Yerlikaya da sosial media hesabından paylaşım edərək "Əziz həmvətənlərim, İstanbulda əlverişsiz hava şəraiti, buzlanma və şaxtalar öz təsirini davam etdirir. Zərurət olmadıqca nəqliyyatlaa çıxmayaq. Toplu nəqliyyata üstünlük verək”, - deyə xəbərdarlıq edib./Azxeber.com