USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda güclü külək əsəcək

12.03.2023 Digər
4 24
Martın 13-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-11° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 21-26° isti, dağlarda gecə 1-6° isti, gündüz 8-13° isti olacaq.

  • Əvvəlki

    Deputat: "İranın Azərbaycanın hava məkanını pozması regionda formalaşan çövrək düzəni pozmaq cəhdidir"

Digər xəbərlər