Amerikalı sahibkar, Twitter sahibi İlon Mask sosial şəbəkəni rebrendinq etmək planlarını təsdiqləyib.
T(w)itter Daily News-da sosial şəbəkənin hazırkı adının və loqonun dəyişdirilməsi ilə bağlı xəbəri şərh edən iş adamı bu məlumatı təsdiqləyib. İddialara görə, indi mikrobloq xidməti sadəcə bir hərf adlandırıla bilər - X.
Daha əvvəl İlon Mask müsahibəsində qısa mesajların mübadiləsinin aparıldığı sosial şəbəkə kimi Twitter-in yanlış brend ola biləcəyini bildirmişdi.