USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Report” İnformasiya Agentliyinin 9 yaşı tamam olur

27.10.2023 Digər
0 0
Bu gün “Report” İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasından 9 il ötür.

Kommersant.az xəbər verir ki, Azərbaycanda azad mətbuatın fəaliyyəti üçün yaradılan münbit şərait, ictimaiyyətin onlayn xəbər resurslarına əlçatanlığının asanlaşmasını nəzərə alaraq, habelə ölkəmizin son illər genişmiqyaslı layihələrə qoşulması, mötəbər tədbirlərə ev sahibliyi etməsi barədə ictimaiyyətin daha dolğun informasiyalarla təmin olunması məqsədilə 2014-cü ildə "Report" İnformasiya Agentliyi onlayn media məkanında fəaliyyətə başlayıb.

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən “Report” İA ötən doqquz il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

Ətraflı
Hazırda "Report" İnformasiya Agentliyi “Global Media Group” şirkətinin tərkibinə daxildir.

Trend Beynəlxalq İnformasiya Agentliyi olaraq “Report”dakı həmkarlarımızı təbrik edir, onlara yeni uğurlar arzu edirik.